Dr. Günay Hətəmova Tbilisidə beynəlxalq seminarda iştirak edib - FOTO

22 Sentyabr 2025 11:52 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının kardioloqu Dr. Günay Hətəmova 18 sentyabr tarixində Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Lipid Kompası: Ürək-damar xəstəliklərində innovasiya və əlçatanlığın idarə olunması” adlı beynəlxalq seminarda iştirak edib. SİA xəbər verir ki, tədbirdə kardiologiya sahəsində lipidlərin idarə olunmasına dair ən son elmi yeniliklər və innovativ yanaşmalar təqdim olunub.

Seminarda həmçinin plenar sessiyalar, panel müzakirələr və interaktiv təlimlər təşkil edilib. Seminarın əsas məqsədi ürək-damar xəstəliklərinin profilaktika və müalicəsində müasir yanaşmaların paylaşılması, mövcud qlobal çağırışların müzakirəsi və ölkələr arasında elmi əməkdaşlığın gücləndirilməsi olub.