Azərbaycan taekvondoçuları Polşada 3 medal qazanıblar

22 Sentyabr 2025 11:32 (UTC+04:00)

Azərbaycan taekvondoçuları Polşada keçirilən “Polish Open” turnirində 3 medal qazanıblar. Federasiyadan SİA-ya bildirilib ki, qadınlar arasında Minayə Əkbərova (46 kiloqram) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Kişilərin yarışında isə Qaşim Maqomedov (63 kiloqram) və Cavad Ağayev (80 kiloqram) bürünc mükafata sahib çıxıblar.