Atlantik okeanında “Narda” adlı tropik qasırğa yaranıb. SİA xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb. Qasırğa küləyin sürəti 18 m/s-ə çatır. "Narda" 17 km/saat (10 mil/saat) sürətlə şimal-qərbə doğru irəliləyir. Hazırda Meksikanın Zihuatanejo şəhərindən 390 km (240 mil) cənub-şərqdə yerləşir . Təbii fəlakətlə bağlı əhaliyə qasırğa xəbərdarlığı verilməyib.