“Intervision” iştirakçıları Qətər təmsilçisinin gitarasını imzalayıblar...

21 Sentyabr 2025 22:36 (UTC+04:00)

...SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Intervision” Mahnı Müsabiqəsi hələ başlamazdan əvvəl, artıq xalqlar arasında əsl dostluğu nümayiş etdirib..?

Belə ki, onun iştirakçılarından biri, Qətərdən olan Dana Əl-Mirin bir ənənəsi var: getdiyi hər ölkədə gitara almaq...

Və bu dəfə o, alətini Moskvadan alıb və bütün iştirakçılara onu imzalatdırıb.

Gitaraya Rusiyanın nümayəndəsi, SHAMAN səhnə adı ilə tanınan əməkdar artist Yaroslav Dronov da imza atıb.

O, alətdə də ifa edib və Dana ilə birlikdə mahnı oxuyublar.

Xatırladaq ki, “İntervision” 2025-ci ildə Rusiyada bərpa edilmiş beynəlxalq musiqi müsabiqəsidir. Müsabiqə ilk olaraq 1960-cı illərdə Şərq Bloku ölkələri üçün “Avroviziya”ya alternativ olaraq ruslar tərəfindən yaradılıb.

Bu il “İntervision” sentyabrın 20-də Moskvada Live Arenada keçiriləcək. Müsabiqə 20-dən çox ölkəni, o cümlədən Rusiya, BRİKS ölkələri, MDB, Latın Amerikası və Asiyanı birləşdirib.

“İntervision”un əsas özəlliyi İncəsənət Ənənələri Fondunun təşəbbüsü ilə mahnıların ilk növbədə milli dillərdə ifa edilməsidir?

İfaçılar xarici dillərdə oxuya bilsələr də, əsas diqqət mədəni müxtəlifliyə və musiqi ənənələrinin qorunub saxlanmasına yönəldilib..?

Nazlı Almuradova