Yarış məkanına bir sıra vəzifəli şəxslər təşrif buyurub

21 Sentyabr 2025 14:04 (UTC+04:00)

Formula 1 üzrə Azərbaycan Qran-Prisi davam edir. SİA xəbər verir ki, yarış məkanına bir sıra vəzifəli şəxslər də təşrif buyurub. Onlar arasında Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və gənclər və idman naziri Fərid Qayıbov yer alıb