Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

21 Sentyabr 2025 16:03 (UTC+04:00)

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, sentyabrın 22-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.