FHN əməkdaşları köməksiz vəziyyətdə qalan 3 nəfəri xilas ediblər

21 Sentyabr 2025 15:04 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu, Talıstan kəndi ərazisində yerləşən dağlıq, meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 3 nəfərin xilas olunması üçün müraciət daxil olub. Nazirlikdən SİA-ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaşlar dağdan düşürülüb və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil veriliblər.