Pep Kristinadan boşanır

21 Sentyabr 2025 14:30 (UTC+04:00)

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola və həyat yoldaşı Kristina Serra 30 illik münasibətdən sonra rəsmi şəkildə ayrılırlar. SİA xəbər verir ki, ilk vaxtlar onların ayrılığı “sülh yolu ilə” adlandırılsa da, Avropa mediası artıq prosesi “düzgün”, amma istilikdən uzaq kimi təsvir edir. Üç övlad böyüdən cütlük əvvəllər dostluq münasibətlərini qorumağa çalışırdı: Kristina Barselonada olduğu vaxt eyni evdə yaşayır, hətta bir vəkilin xidmətlərindən istifadə edirdilər. Ancaq bu birliyin əlamətləri zamanla yoxa çıxıb. İspan mətbuatı gərginliyin mümkün səbəbi kimi Qvardiolanın 2021-ci ilin sonunda 28 yaşlı, livan əsilli bir qadınla münasibətlərini göstərib. Hətta onun Mançesterə köçdüyü, həmçinin Pep ilə birlikdə Dubayda və ABŞ-da klublararası dünya çempionatı zamanı görüldüyü barədə xəbərlər yayılıb. Rəsmi təsdiqlər olmasa da, bu mövzu futbol aləmində ən çox müzakirə olunan hadisələrdən biri olaraq qalır.

Xatırladaq ki, Pep və Kristina 1994-cü ildə tanış olub, yalnız 2014-cü ildə ailə həyatı qurublar. Son illərdə isə cütlük ayrı yaşayıb. Kristina İspaniyada, Quardiola isə Böyük Britaniyada. Məsafəyə baxmayaraq, onlar mehriban münasibətlərini qoruyur, hətta boşanma prosesi də ortaq maliyyə razılaşması ilə yekunlaşmalı idi.