Daha bir ölkə Fələstin dövlətini tanıyacaq

21 Sentyabr 2025 06:12 (UTC+04:00)

Portuqaliyanın Xarici İşlər Nazirliyi Fələstin dövlətini sentyabr 21-də tanıyacağını bəyan edib. SİA xəbər verir ki, Portuqaliya Xarici İşlər Nazirliyinin bəyanatı gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasından əvvəl verilib. Fransa, Böyük Britaniya, Kanada və Avstraliya oxşar bəyanatlar hazırlayır.