“Pıç ha pıç”ı 27 il sonra qayıdır

21 Sentyabr 2025 03:14 (UTC+04:00)

Əməkdar artist Dilarə Əliyeva 27 il əvvəl aparıcılığını etdiyi "Pıç ha pıç” verilişi ilə eyni adda layihə yaradıb. SİA xəbər verir ki, "Pıç ha pıç” "Söhbət var” proqramının daxilində rubrika kimi yayımlanacaq. Aktrisa yaxın zamanda ARB-də yeni mövsüm dəyişiklikləri ilə efirdə olacaq.