Tovuzda evdən kişi meyiti tapılıb

20 Sentyabr 2025 19:30 (UTC+04:00)

Tovuzda evdə kişi meyiti aşkarlanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayonun mərkəzində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Məlumata görə, ölən şəxs tək yaşayırmış.

Faktla bağlı araşdırma aparılır.