Sibiqa Zelenski ilə Nyu-Yorka gedəcək...

20 Sentyabr 2025 18:04 (UTC+04:00)

...Ukraynanın xarici işlər naziri Andrey Sibiqa prezident Vladimir Zelenskinin başçılıq etdiyi Ukrayna nümayəndə heyətinin tərkibində Nyu-Yorka səfər edəcək.

SİA-nın məlumatına görə, səfər sentyabrın 21-dən 26-dək baş tutacaq.

Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ukrayna nümayəndə heyəti Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci yubiley sessiyasında yüksək səviyyəli tədbirlərdə iştirak edəcək.

Sibiqa bir sıra ayrı-ayrı tədbirlərə, o cümlədən Ukraynada enerji davamlılığı və yaşıl bərpaya dair tematik müzakirələrə sədrlik edəcək.

Səfərin əsas hissəsi prezident və xarici işlər naziri arasında dünyanın müxtəlif regionlarından - Avropa və Şimali Amerikadan Asiya, Afrika, Latın Amerikası və Yaxın Şərqə qədər olan həmkarları ilə bir sıra ikitərəfli və çoxtərəfli danışıqlar olacaq.

Əli Babayev