Estoniya Rusiyanın MiQ-31 qırıcılarının hava məkanını pozmasından sonra şərq sərhədini bağlamağı təklif edir.
SİA xəbər verir ki, bunu ERR-ə istinadən İsamaa (Vətən) partiyasının lideri Urmas Reinsalu deyib.
...Hesab edirəm ki, Rusiyanın getdikcə artan təxribatçı hərəkətlərinə şərq sərhədini bağlamaqla cavab vermək lazımdır. Xüsusilə şərq sərhədində təhlükəsizlik vəziyyəti açıq şəkildə getdikcə gərginləşir və hesab edirəm ki, bu, Rusiyanın davranışına uyğun cavabdır.
Bununla belə, Estoniyanın daxili işlər naziri İqor Taro qeyd edib ki, aviasiya pozuntusu qeydə alındığından hazırda quru sərhədinin məhdudlaşdırılmasından söhbət getmir.
Sərhədin bağlanması quruda təxribat tələb edərdi.
Reinsalu hesab edir ki, Estoniya Moskvanın hərəkətlərinə cavab vermək üçün mövcud alətlərini təhlil etməlidir.
O, həmçinin hesab edir ki, bu cür qərarların birgə qəbulu üçün cənub qonşuları ilə məsləhətləşmələr lazımdır.
Əli Babayev