...Hamiləlik zamanı səhər bulantıları üçün qida rasionunuza yulaf ezmesi, omlet, alma və armud daxil etmək yaxşıdır.
SİA-nın məlumatına görə, bu barədə aif.ru saytına reproduktiv mütəxəssis, mama-ginekoloq Günay Salayeva bildirib.
...Erkən hamiləlik körpənin orqanlarının fundamental inkişafı və bədən sistemlərinin inkişafı dövrüdür. Qadının qida rasionu, əsasən, gələcək körpənin sağlamlığını müəyyən edən əsas qida maddələrini təmin etməlidir.
Bunu deyən mütəxəssisin fikrincə, banan və bir az bal ilə yulaf ezmesi və ya bir-iki yumurta, göyərti ilə hazırlanmış omlet səhər yeməyi üçün ən yaxşı seçimdir.
Qəlyanaltı üçün giləmeyvə və ya qoz-fındıq ilə kəsmik seçin. Salayeva şiddətli ürəkbulanma zamanı ağır yeməkləri tərəvəz şorbaları, qaynadılmış toyuq əti, fermentləşdirilmiş südlü içkilərlə əvəz etməyi tövsiyə edib.
Bu dövrdə təzə alma və armud da az miqdarda istehlak edilməlidir.
Bundan əlavə, erkən hamiləlikdə qadın orqanizmi kifayət qədər fol turşusu, dəmir, yod, D vitamini, zülal və omeqa-3 yağ turşuları almalıdır. Toksikoz hamiləliyin dördüncü həftəsində baş verən patoloji vəziyyətdir. Adətən səkkizdən on həftəyə qədər davam edir.
Toksikozun yüngül təzahürlərinə aralıq ürəkbulanma və müəyyən qidalara qarşı ikrah daxildir. Ağır hallarda qadınlar tez-tez qusma və hətta susuzluqdan şikayət edirlər.
Bu vəziyyət bədəndəki hormonal dəyişikliklərlə izah olunur. İnsan xorionik gonadotropinin səviyyəsinin kəskin artması, öz növbəsində, ürəkbulanma və qusma səbəb olur.
Nazlı Almuradova