Cənubi Koreya avtomobilləri Rusiya bazarını fəth edir...

20 Sentyabr 2025 22:35 (UTC+04:00)

...Bu ilin yanvar-avqust aylarında Rusiya Cənubi Koreyadan avtomobil idxalını xeyli artırıb. Ümumi tədarüklər 619 milyon dollarla dörd ilin ən yüksək səviyyəsinə çatıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, son səkkiz ay ərzində Rusiya şirkətləri təxminən 619 milyon dollar dəyərində Cənubi Koreya minik avtomobilləri idxal edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 50 faiz çoxdur.

Bu, 2021-ci ildən bəri ən yüksək göstəricidir. 1,5 ilə 3 litr arasında benzin mühərrikləri olan avtomobillər rus alıcıları arasında ən populyar olub, demək olar ki, 450 milyon dollar təşkil edib.

Mühərriki 1,5 ilə 2,5 litr arasında olan dizel avtomobilləri də yaxşı performans göstərib, təxminən 127 milyon dollar təşkil edib.

RİA Novosti Cənubi Koreyanın gömrük məlumatlarına istinadən xəbər verir ki, mühərrikləri 1,5 litrə qədər olan kompakt benzinli avtomobillərə tələb daha az nəzərə çarpıb və təxminən 40 milyon dollara çatıb.

Rusiya Koreya avtomobillərinin alışına görə dünyada 12-ci yerdədir.

Bu il ən böyük alıcılar ABŞ (20,3 milyard dollar), Kanada (3,7 milyard dollar), Avstraliya (1,9 milyard dollar), Qırğızıstan (1,8 milyard dollar) və Böyük Britaniya (1,7 milyard dollar) olub.

Nazlı Almuradova