Prezidenti: Ruanda Qoşulmama Hərəkatında həmrəyliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslərimizin əksər hissəsini dəstəkləyib

20 Sentyabr 2025 16:49 (UTC+04:00)

Ruanda, həmçinin Qoşulmama Hərəkatında həmrəyliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslərimizin əksər hissəsini dəstəkləmiş və ona qoşulmuşdur. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqame ilə mətbuata bəyanatı zamanı bildirib.

Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Biz birmənalı olaraq BMT daxilində hər zaman fəal əməkdaşlıq edirik və bir-birimizə qarşılıqlı dəstəyi artırırıq”.