DİN: 14 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

20 Sentyabr 2025 11:11 (UTC+04:00)

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 19-da ümumi çəkisi 14,1 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 43 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Qeyd olunub ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.