Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti ilə Ağ Evdə görüşəcək

19 Sentyabr 2025 22:21 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşəcək.

SİA-nın məlumatına görə, bu barədə Tramp “Truth” sosial şəbəkəsində yazıb.

“Biz Prezidentlə bir çox ticarət və hərbi müqavilə, o cümlədən “Boeing” təyyarələrinin çox sayda alınması, böyük F-16 sövdələşməsi və müsbət nəticələnəcəyini gözlədiyimiz F-35 danışıqlarının davamı üzərində işləyirik. Prezident Ərdoğanla mənim hər zaman çox yaxşı münasibətimiz olub”,- deyə ABŞ Prezidenti bildirib.