Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib

19 Sentyabr 2025 17:58 (UTC+04:00)

Sentyabrın 21-i səhərədək ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib.

SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Naxçıvan Muxtar Respublikası, Kəlbəcər, Gəncə, Naftalan, Goranboy, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Daşkəsən, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Neftçala, Yevlax, Mingəçevir, Bərdə, Tərtər, Neftçala, Ağcabədidə şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.

Sarı xəbərdarlığa uyğun olaraq isə əksər rayonlarda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.