Sarayevolu blogger toyundan sonra komaya düşüb və ölüb…

19 Sentyabr 2025 23:36 (UTC+04:00)

…Qadın mərasimdən sonra toy gecəsi qəfildən xəstələnib. Hüquq-mühafizə orqanları ekspertizanın nəticələrini gözləyir. Bosniya və Herseqovinada faciəli hadisə araşdırılır: Sarayevodan olan 26 yaşlı blogger və gözəllik salonu sahibi Adna Rovanin-Omerbeqoviç toyundan bir neçə saat sonra komaya düşüb və qısa müddət sonra ölüb.

SİA xəbər verir ki, Mirror-un məlumatına görə, qadın mərasimdən sonra toy gecəsi xəstələnib. O, təcili xəstəxanaya yerləşdirilsə də, vəziyyəti sürətlə pisləşib.

Adnanın ölüm xəbəri bazar ertəsi, sentyabrın 15-də açıqlanıb. Ölümün ilkin səbəbinin beyin sarsıntısı olduğu güman edilir, lakin rəsmi səbəb hələ məlum deyil.

Hüquq-mühafizə orqanları ekspertizanın nəticələrini gözləyir. Dostları və izləyiciləri Adnanı zəhmətkeş və şən bir insan kimi təsvir ediblər.

Nazlı Almuradova