Polis Akademiyasında antiterror əməliyyatlarının ikinci ildönümü yad edilib - FOTOLAR

19 Sentyabr 2025 15:42 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında antiterror əməliyyatlarının tarixinə dair tədbirlər - dərs, mühazirə təşkil olunub. Bu barədə SİA-ya DİN-dən məlumat verilib.

Bildirilib ki, "Suverenliyin bərpası – antiterror qəhrəmanlığı" mövzusunda keçirilən tədbirdə akademiyanın kursantları və nazirliyin əməkdaşları iştirak ediblər.

Mühazirə zamanı onlara antiterror əməliyyatlarında şəhid olan polislər və hərbi qulluqçular haqqında məlumat verilib.