Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Dağlıq-Şirvan regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 99 ictimai iaşə müəssisəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, onlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 8 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Həmin müəssisələrdən 5-i tam sağlamlaşdırılaraq, yəni obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 3-də isə müvafiq tədbirlər görülməkdədir.
Fəaliyyəti məhdudlaşdırılan müəssisələrin siyahısı ilə linkdən tanış olmaq mümkündür.