Paris rusiyalı müxalifət liderinin dul arvadının açıqlamasını təsdiqləyir...

19 Sentyabr 2025 20:45 (UTC+04:00)

...Fransa Rusiya müxalifət lideri Aleksey Navalnının ölümünün zəhərlənmə nəticəsində ola biləcəyi qənaətinə gələn iki Qərb laboratoriyasının testlərinin nəticələrini nəzərdən keçirdiyini açıqlayıb. İlk dəfədir ki, rəsmi Qərb mənbəsi siyasətçinin dul arvadı Yuliya Navalnaya tərəfindən bir gün əvvəl açıqlanan bu tapıntıların mövcudluğunu və məzmununu təsdiqləyir.

...Fransa Aleksey Navalnının zəhərlənə biləcəyi qənaətinə gələn iki Qərb laboratoriyasının nəticələrini dərin narahatlıqla nəzərdən keçirib. Fransa bir daha bəyan edir ki, Aleksey Navalnının ölümünə görə Rusiya hakimiyyətini tam məsuliyyət daşıyır və onun faciəvi ölümünün şəraiti ilə bağlı hərtərəfli araşdırmaya çağırmaqda davam edir.

SİA-nın məlumatına görə, bu Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bir gün əvvəl Korrupsiyaya Qarşı Mübarizə Fondu Yuliya Navalnayanın 2024-cü ilin fevralında Navalnının tərəfdarlarının bioloji nümunələri gizli yolla xaricə aparmağa müvəffəq olduqlarını və sonradan Qərb laboratoriyalarına təhvil verildiyini bildirdiyi video yayımladı.

Bir neçə ay sonra hər iki ölkənin müstəqil ekspertləri müstəqil olaraq Navalnının zəhərləndiyi qənaətinə gəliblər.

Əli Babayev