Amerikalı pilot Formula 2 Azərbaycan Qran-Prisinin sıralama turunun qalibi olub

19 Sentyabr 2025 15:22 (UTC+04:00)

Formula 2 Azərbaycan Qran-Prisində sıralama turu başa çatıb. SİA xəbər verir ki, yürüşdə "DAMS" komandasının amerikalı pilotu Cek Krauford birinci olub.

"İnvista"nın italiyalı sürücüsü Leonardo Fornaroli ikinci, "Prema"da çıxış edən Qabriele Mini üçüncü sırada qərarlaşıb.

Bu gün, həmçinin saat 16:00-da Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.