ABŞ prezidenti Donald Trampın böyük oğlu kiçik Donald Tramp gözlənilməz səfər çərçivəsində İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
SİA xəbər verir ki, bu barədə “Middle East Eye” mənbələrinə istinadən məlumat yayıb.
Səfərlə bağlı ilkin olaraq Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özel məlumat verib.
O, Ərdoğanın ABŞ prezidentinin böyük oğlu ilə Qəzza ilə bağlı “gizli danışıqlar” apardığını iddia edib.
...Protokolda o (Donald Trump Jr. - Red.) "iş adamı" adlandırılıb, lakin səfər zamanı onun adı çəkilməyib. Fələstində qan axarkən, lobbiçilik firmaları vasitəsilə Trampın oğlu ilə iş aparırlar", - deyə İstanbulda keçirilən mitinqdə Özəl bildirib.
Ərdoğana yaxın mənbə sonradan təsdiqləyib ki, kiçik Tramp həqiqətən də çərşənbə günü Türkiyə prezidenti ilə görüşüb, lakin mənbəyə görə, bu, sadəcə olaraq, “nəzakətli zəng” idi. Mənbə bildirib ki, Qəzza və ya başqa konkret mövzularla bağlı rəsmi müzakirə aparılmayıb.
Kiçik Trampın atasının administrasiyasında heç bir rəsmi rolu olmasa da, o, Ağ Evdə çox nüfuzlu sayılır.
O, hazırda Tramp Təşkilatının icraçı vitse-prezidenti vəzifəsində çalışır.
Bundan başqa, mənbələrə görə, Ərdoğan gələn həftə BMT Baş Assambleyasının sammiti çərçivəsində ABŞ prezidenti ilə ikitərəfli görüş keçirəcəyi gözlənilir..?
Xatırladaq ki, may ayında kiçik Tramp bəyan etmişdi ki, bir gün prezidentliyə namizəd ola bilər, çünki onun “zəngi” var..?
Əli Babayev