Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində qəza baş verib

19 Sentyabr 2025 14:21 (UTC+04:00)

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində qəza baş verib. SİA-nın məlumatına görə, yarış dayandırılıb və qırmızı bayraq qaldırılıb.

"Rodin Motorsport"dan Amaury Kordeelin idarə etdiyi bolid baryerə dəyib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.