Formula 1: “McLaren”in pilotu sərbəst yürüşdə mübarizəni dayandırıb

19 Sentyabr 2025 13:27 (UTC+04:00)

Formula 1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşündə bolidində problem aşkarlanan “McLaren”in pilotu Oskar Piastri mübarizəni başa vurub. SİA xəbər verir ki, komandadan enerji bloku ilə bağlı problemləri sessiyanın sonuna qədər həll edə bilməyəcəkləri bildirilib.

Qeyd edək ki, Formula 1-də ikinci sərbəst yürüş saat 16:00-da başlayacaq