"Formula 1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş dayandırılıb

19 Sentyabr 2025 12:49 (UTC+04:00)

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş dayandırılıb. SİA-nın məlumatına görə, buna səbəb trasın üzərində maneənin olmasıdır.

Nəticədə qırmızı bayraq qaldırılıb.

Problem həll ediləndən sonra sessiya davam etdiriləcək.

Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.