Bu gün futbol üzrə Misli Premyer Liqasında V tura start veriləcək. SİA xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Saat 16:00-da "Karvan-Yevlax" Şamaxı şəhər stadionunda "İmişli"ni qəbul edəcək.
Hər iki komandanın aktivində 4 xal var. "İmişli" 8-ci, "Karvan-Yevlax" 9-cu yerdə qərarlaşıb.
Günün son matçında isə saat 18:30-da "Zirə" "Şamaxı"nı sınağa çəkəcək. Ev sahibləri 8 xalla 4-cü, qonaqlar isə 5 xalla 5-ci yerdədir.
Qeyd edək ki, turun digər oyunları sentyabrın 20-21-də təşkil olunacaq.