Lənkəranda avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb

19 Sentyabr 2025 09:43 (UTC+04:00)

Lənkəranda məktəblilərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə Lənkəran - Lerik magistralında, Lənkəran rayonun Şovu kəndində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi məktəbə gedən şagirdlər - 2017-ci il təvəllüdlü Gülay Əlizadə və onun qardaşı 2016-cı il təvəllüdlü Ramid Əliyevi vurub. Hər iki məktəbli ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.