İrlandiya Ukraynaya yeni hərbi yardım paketi göndərib

19 Sentyabr 2025 04:20 (UTC+04:00)

İrlandiya Ukraynaya yeni hərbi yardım paketi göndərib. SİA xəbər verir ki, bu barədə İrlandiyanın müdafiə naziri Simon Harris "X" məlumat yayıb. Onun sözlərinə görə, yardım paketinə avtomobillər və minaların zərərsizləşdirilməsi üçün robotlar daxildir. "İrlandiyanın Ukraynaya dəstəyi sarsılmazdır. Bu gün Ukraynanın müdafiəsini dəstəkləmək və humanitar ehtiyaclarını qarşılamaq üçün 34 avtomobil və minaları zərərsizləşdirən 3 robot göndərdik", - Harris bildirib.