Bakıda ağır yol qəzası olub - ölənlər var

19 Sentyabr 2025 06:52 (UTC+04:00)

Sabunçu rayonu, Zabrat şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, ilkin məlumata görə, “Ford” markalı avtomobil “KamAZ”la toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü həyatını itirib. Hadisə yerinə polis və təcili yardım əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.