ABŞ qoşunlarını 2021-ci ildə tərk etdiyi Əfqanıstandakı Baqram hava bazasına qaytarmağa çalışır.
SİA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Key Starmerlə keçirdiyi mətbuat konfransında bildirib.
...Əfqanıstanı tərk edəcəkdik, lakin güc və ləyaqətlə ayrılacaqdıq. Və dünyanın ən böyük aviabazalarından biri olan Baqramı saxlayacaqdıq. Biz bunu onlara əbəs yerə vermişdik.
Bunu deyən Tramp eyni zamanda qeyd edib ki, ABŞ aviabazaya nəzarəti bərpa etmək niyyətindədir.
...Yeri gəlmişkən, biz ora qayıtmağa çalışırıq. Bu, bir az son xəbər ola bilər... Bu, Çinin nüvə silahlarını istehsal etdiyi yerdən avtomobillə bir saatlıq məsafədədir. Deməli, çox şey gedir, - ABŞ prezidenti əlavə edib.
Əli Babayev