“Azərbaycan milli tolerantlığın ən gözəl nümunəsidir” - ŞƏRH

18 Sentyabr 2025 17:48 (UTC+04:00)

“Azərbaycan milli tolerantlığın ən gözəl nümunəsi olan ölkələrdəndir. Belə ki, multikulturalist ənənələrdə dövlətin brendi, simvolikası kimi təqdim edirik. Bu müsbət imicimizin formalaşmasına kömək edir. Amma real həyatda da çalışmalıyıq ki, bu tendensiya davam etsin”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Deputat bildirib ki, multikultural dəyərlə ölkənin tanınmasına mühüm rol oynayır: “Belə ki, hər zaman milli və ya dini zəmində Azərbaycanda hər hansı bir qarşıdurma, hüquq pozuntusunun müşahidə olunmadığı qeyd olunur. Bu isə ölkəyə gələn turist axınına kömək edir. Bu səbəbdən sözügedən proses Azərbaycanda uzun müddət dövlət siyasətinin ayrılmaz hissəsi kimi anlaşılır. Dövlət də qurumları vasitəsilə bu siyasətin cəmiyyətə çatdırılması üçün təbliğat, maarifləndirmə işlərini aparır”.