Gürcüstan Rusiyaya olan 3,997 milyon dollar borcunu ödəyib…

18 Sentyabr 2025 20:54 (UTC+04:00)

Gürcüstan Rusiya Federasiyasına çoxdankı borcunu qaytarıb.

SİA xəbər verir ki, məlumatı Gürcüstanın Maliyyə Nazirliyi yayıb.

İlk dəfədir ki, Maliyyə Nazirliyinin avqustun sonuna olan məlumatında ölkənin Rusiyaya xarici dövlət borcu ilə bağlı heç bir rəqəm yoxdur.

Əvvəlki aylarda bu rəqəm sabit olaraq 3,997 milyon dollar olub.

Bu rəqəmdə əvvəlki dəyişiklik 2025-ci ilin fevralında, Gürcüstanın Rusiyaya borcu iki dəfə azalaraq 7,87 milyon dollardan 3,997 milyon dollara qədər baş verib.

Bundan əvvəl, 2024-cü ilin avqustunda borc 1,5 dəfə azalaraq 11,618 milyon dollardan 7,87 milyon dollara düşüb. 2003-cü ildən bəri ölkənin xarici borcu ilə bağlı məlumatlar Gürcüstan Maliyyə Nazirliyinin saytında yerləşdirilib.

Həmin ilin sonunda Gürcüstanın ümumi dövlət borcu 1,56 milyard dollar təşkil edib ki, bunun da 156,9 milyon dolları Rusiyayadır.

Bu barədə TASS məlumat yayıb.

2003-cü ildə Gürcüstanın 253,6 milyon dollar borcu olan Türkmənistandan sonra bu göstərici üzrə Rusiya ikinci yeri tuturdu.

Sonrakı illərdə Gürcüstanın Rusiyaya borcu hər il bir neçə milyon dollar azalıb.

Nəticədə 2013-cü ilin sonuna 100,4 milyon dollar, 2018-ci ilin sonunda 61,4 milyon dollara qədər azalıb, beş ildən sonra, 2022-ci ilin sonunda isə 25,4 milyon dollar olub.

2025-ci ilin avqustuna Gürcüstanın ümumi dövlət borcu bir ayda 50 milyon dollar azalaraq 9,09 milyard dollar təşkil edib. Gürcüstanın ən böyük kreditoru ölkənin 850,9 milyon dollar borcu olan Fransadır.

Əli Babayev