Naxçıvanda Memar Əcəminin abidəsi ucaldılacaq

18 Sentyabr 2025 16:25 (UTC+04:00)

Prezident İlham Əliyev Naxçıvanda Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, dövlət başçısnın imzaladığı sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.