Nizami rayonunda evdə baş verən yanğın söndürülüb - YENİLƏNİB

18 Sentyabr 2025 12:14 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində yerləşən evdə baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Bu barədə SİA-ya FHN-in İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.