Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, TƏBİB-in, Bakı Şəhər Baş Polis İdarəsinin, Parkın əməkdaşlarının, Azərbaycan Respublikası Kəndirlə Mübarizə və Atletika federasiyalarının dəstəyi ilə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis olunmasının 131-ci ildönümünə həsr olunmuş “Olimpiya günü” tədbiri keçirilir. SİA xəbər verir ki, tədbir Nərimanov rayonunda yerləşən Antena parkında start götürüb.
“Olimpiya günü”nün əsas məqsədi idmanın kütləviliyini təşviq etmək, sağlam həyat tərzini təbliğ etmək və gənclərin idmana marağını artırmaqdır.