Bakıda kafe yanıb

18 Sentyabr 2025 11:08 (UTC+04:00)

Paytaxtın Suraxanı rayonunda kafedə yanğın olub. FHN-in Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, rayonda ümumi sahəsi 250 m² olan birmərtəbəli kafenin anbarının içərisində qida məhsulları, 1 ədəd qapı-pəncərə və anbarın dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.