Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 17-də ümumi çəkisi 3,6 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 125 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.