Binəqədidə sexin döşəməsi çöküb, ölən var

18 Sentyabr 2025 10:34 (UTC+04:00)

Bakının Binəqədi qəsəbəsi ərazisində yerləşən qənd sexinin taxta döşəməsi çöküb. SİA xəbər verir ki, hadisə sentyabrın 17-də baş verib.

Çökmə nəticəsində orada xadimə işləyən Bakı şəhər sakini 1963-cü il təvəllüdlü Güllü Hüseyn qızı Qədimalıyeva yıxılaraq ölüb.

Araşdırma aparılır.