Əmtəə bazarlarında qızıl 3 700 dollardan aşağı səviyyədə ticarət olunur

18 Sentyabr 2025 10:03 (UTC+04:00)

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,87% azalaraq 3 685,55 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 1,17% azalaraq 41,66 ABŞ dolları olub.