“Eşref Rüya”da yeni sima

18 Sentyabr 2025 06:49 (UTC+04:00)

Türkiyənin məşhur “Eşref Rüya” serialına yeni sima gəlir. SİA xəbər verir ki, bu haqda Birsen Altuntaş xəbər yayıb. Yeni simanın aktrisa Büşra Cebe olacağı qeyd edilib. O, serialda “Seda” obrazına həyat verəcək. Qeyd edək ki, serialın baş rollarını Çağatay Ulusoyla Demet Özdemir canlandırır.