...Politoloq Arkadi Dubnovun fikrincə, Putinin ən qədim müttəfiqlərindən biri Dmitri Kozak Kremli tərk edir.
Jurnalist “Moskvadakı məlumatlı mənbələrə” istinadən iddia edir ki, Putinin administrasiyası rəhbərinin müavini Dmitri Kozak “baş verənlərə qarışdığına görə öz vəzifəsini könüllü tərk edir”.
SİA-nın məlumatına görə, avqustda “New York Times” Kozak haqqında onun Ukrayna ilə sülh təklifini müzakirə edən məqalə dərc edib.
Kozak Sovet Ukraynasında anadan olub, sovet xüsusi təyinatlılarında xidmət edib və 1990-cı illərdə Putinlə Sankt-Peterburq meriyasında işləyib.
Putin 1999-cu ildə Rusiyanın baş naziri olanda Kozakı özünün aparat rəhbəri təyin etdi. Sonrakı illərdə Kozak Putinin ən yaxın müttəfiqlərindən biri olaraq qaldı, onun 2014-cü il Soçi Olimpiadasına hazırlıqdan tutmuş işğal altındakı Krımın Rusiya sisteminə inteqrasiyasına qədər onun böyük layihələrinə nəzarət etdi.
Əli Babayev