Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

17 Sentyabr 2025 17:40 (UTC+04:00)

Bu ilin avqust ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 166 min 982 nəfər olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onların 35,7 faizini kişilər, 64,3 faizini isə qadınlar təşkil edib.