"Hər üç hal mənfidir" - PSİXOLOQ DANIŞDI

17 Sentyabr 2025 16:56 (UTC+04:00)

“Aqressiya, insanların bir-birinə qarşı kobud davranışları son dövrlər ən çox müzakirə edilən mövzulardandır. Aqressiv insanlar arasında müxtəlif yaş qruplarına rast gəlmək olar. Son dövrlər valideynlərin də ən çox müraciət etdiyi və şikayətləndiyi mövzulardan biri yeniyetmələrdə aqressiv davranışlardır”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin müəllimi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik (tibbi) psixoloq Narınc Rüstəmova deyib.

O bildirib ki, aqressiyanın bir çox səbəbləri ola bilər: “Buraya genetik risk qrupu dediyimiz insanlar, hormonal balansın pozulması, ailədə fiziki və ya psixoloji şiddət görərək böyümək, kiçik yaşlardan aqressiv oyunlar oynamaq və s. bu səbəblərdən biri kimi qəbul etmək olar. Belə insanlar artıq zaman keçdikcə, kiçik bir şeylərdən də qıcıqlana bilər və aqressiv davranış sərgiləyə bilər. Bundan əlavə sosial mühit də aqressiyaya təsir göstərən faktorlardan biridir. Məsələn: emosiyalarını düzgün idarə edə bilməyən insanlarda hər hansı bir məyusluq halında, övgüvənsizlik halında olurlar. Onların həyatında baş verən, məsələn: başqası üçün çox kiçik sayılacaq bir şey onlarda gərginlik, aqressiya yarada bilər.

Yeniyetməlik dönəmi, xüsusən 14-16 yaş arası bu problemlər demək olar ki, ən pik həddə qədər yüksələ bilir. Nəticədə valideyn-övlad münasibətləri mənfiyə doğru gedir. Belə dönəmlərdə valideynlər digər vaxtlara nəzərən övladlarına anlayış göstərməyi və səbirli davranmağı bacarmalıdırlar. Bəzi ailələr anlayış göstərmək yerinə, qaydaları və cəzaları daha da sərtləşdirir. Təəssüf ki, bu doğru yanaşma deyil. Belə halda yeniyetmə valideynləri ilə inadlaşmağa başlayır və ya əksinə özünə qapanma halları çoxalır, heç kimlə ünsiyyət qurmur. Həmçinin, bəzi yeniyetmələr fərqli reaksiya verəərk ətrafındakılara və özlərindən fiziki cəhətdən zəif həmyaşıdlarına, hətta özlərinə də xətər yetirə bilərlər. Hər üç hal mənfidir, burada həm yeniyetməmin psixoloji durumu, həm də övlad-valideyn münasibəti uçurma gedir. Qaydaların bir az yumuşaldılması uşaqlarda da aqressiyaların azalmasına gətirib çıxara bilər.

Aqressiya qeyd etdiyim kimi, müxtəlif yaş qruplarında olan insanlarda, müxtəlif sahələrdə özünü göstərə bilir. Xüsusilə də hazırda ictimai nəqliyyatlarda insanların aqressiyası çox hiss olunur. Burada sual yarana bilər ki, “Niyə xüsusilə ictimai nəqliyyatda daha çox hiss olunur?” Belə ki, məkan darlığı və sıxlıq insanlarda şəxsi sərhəd pozuntusu hissi yaradır. Saatlarla tıxacda qalmaq, tələskənlik və istədiyi yerə vaxtında çata bilməmək səbəbindən də stress yüksəlir. Həmçinin, belə vəziyyətdə, əgər ictimai nəqliyyatda insan çoxdursa tanımadığın insanlarla daha yaxın təmasda olmaq məcburiyyətində qalırsan. Bu da diskomforluq hissi yaradır və nəticədə stessə, gərginliyə gətirib çıxarır. Anonimlik, yəni tanımadığımız insanlara qarşıəsəbləşmək daha asan olur. Çünki belə halda insanlarda “o məni tanımır, sabah görməyəcək” düşüncəsi yaranır. Ona görə də belə vəziyyətlərdə insanlar bəzən kobud davranışlardan, aqressiv danışmaqdan çəkinmirlər. Bəzi insanlar isə evdə və ya olduğu mühitdə aqressiyasını müəyyən səbəblərən göstərə bilmir. Ona görə də ictimai nəqliyyatda və ya tanımadığı mühitdə, tanımadığı insanlara qarşı aqressiv davranır. Bir növ daxilindəki aqressiyasını bu şəkildə çıxarır.

İnsan davamlı stess yaşayırsa və bunu idarə edə bilmirsə və ya bu stessi hər zaman aqresssiya ilə çıxarırsa zamanında psixoloji dəstək alması tövsiyə olunandır. Psixoloq seans zamanı emosiyaları necə düzgün şəkildə kontrol etmək lazımdır, stressi düzgün şəkildə necə idarə etmək lazımdır və s. kimi üsullarla bu problemi korreksiyaetməkdə kömək olacaqdır. Xüsusilə yeniyetmələrdə, psixolji dəstək, psixoloqun və ailənin yardımları ilə yeniyetmələr bir müddət sonra bu kimi problemlərdənazad ola, qurtula bilərlər.”