ABŞ səyahət məhdudiyyətlərini ləğv edib

17 Sentyabr 2025 15:28 (UTC+04:00)

ABŞ 2023-cü ildə Macarıstan vətəndaşlarına qoyulan səyahət məhdudiyyətlərinin aradan qaldırıldığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar Macarıstanın təhlükəsizlik boşluqlarını aradan qaldırmaq üçün atdığı addımlardan sonra qəbul edilib. ABŞ-ın Budapeşt səfirliyinin məlumatında qeyd olunub ki, 2023-cü ildə Macarıstan pasportu verilmiş təqribən bir milyon şəxsin kimliyinin kifayət qədər təsdiqlənməməsi ilə bağlı narahatlıqlar səbəbindən tətbiq edilən məhdudiyyətlər tamamilə götürülüb.

Açıqlamada vurğulanıb: “Ölkələr sərhədlərinin təhlükəsizliyini təmin etdikdə, dünya daha təhlükəsiz məkana çevrilir və buna görə də mükafatlandırılmalıdırlar”.

Xatırladaq ki, Macarıstan hökuməti 2011-ci ildən etibarən ölkədə yaşamayan, lakin macar əsilli olduğunu sübut edən şəxslərə sadələşdirilmiş qaydada vətəndaşlıq verməyə başlayıb.