"Bakı Kart"ın rəhbəri dəyişib

17 Sentyabr 2025 14:29 (UTC+04:00)

Bakıda ictimai nəqliyyatda istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group" MMC-nin direktoru Məmməd Allahverdiyev işdən çıxıb. SİA xəbər verir ki, şirkətə rəhbərlik Rüfət Babakişiyevə həvalə olunub.

Xatırladaq ki, "K Group" 2014-cü ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 12,5 milyon manatdır.