Final mərhələsində iştirak edəcək komandalar bəlli olub

17 Sentyabr 2025 12:49 (UTC+04:00)

Bu il oktyabrın 9-10-da təşkil olunacaq “CIDC-2025” ("Critical Infrastructure Defence Challange") tədbiri çərçivəsində keçirilən “Ağıllı şəhərlərdə kibermüharibə” yarışının seçim mərhələsi uğurla başa çatıb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən SİA-ya bildirilib ki, dövlət qurumlarının, bankların, kritik infrastrukturların, provayder və operatorların, eyni zamanda təhsil müəssisələrinin ümumilikdə 47 komandasının qatıldığı "Ağıllı şəhərlərdə Kibermüharibə" yarışının onlayn mərhələsi cari ilin sentyabrın 12-də keçirilib. Komandaların onlayn seçim turunda əldə etdikləri nəticələrinə uyğun olaraq ən yüksək nəticə göstərmiş və final mərhələsinə keçən iştirakçıların sıralaması aşağıdakı kimidir:

 1.⁠ ⁠Dövlət Gömrük Komitəsi - 0 and 1

 2.⁠ ⁠"Kapital Bank" ASC – Bir Sec

 3.⁠ ⁠İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi – Digital Rangers

 4.⁠ ⁠Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi – Dopamine

 5.⁠ ⁠"Delta Telecom" LTD – NetGhosts

 6.⁠ ⁠"AzInTelecom" MMC – RedBox

 7.⁠ ⁠SOCAR – UEIB

 8.⁠ ⁠Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİDA) – k3rnel.exe

 9.⁠ ⁠Daxili İşlər Nazirliyi (KMBİ) – CyberPolice

10.⁠ ⁠Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – Great Return

11.⁠ ⁠Bakı Ali Neft Məktəbi – BHOSWARE

12.⁠ ⁠"Caspel" MMC – Caspel Warriors

13.⁠ ⁠Dövlət Mühafizə Xidməti – Iron Fist

14.⁠ ⁠"Expressbank" ASC – Xpr3ss1337

15.⁠ ⁠"Azercell Telecom" MMC – Cybercell

16.⁠ ⁠Deloitte – Kaktus22

17.⁠ ⁠”Azerconnect Group” – CyberConnect

18.⁠ ⁠Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi – CyberDOST

19.⁠ ⁠"Azərbaycan Dəmir Yolları" QSC – Agent.EXE

20.⁠ ⁠Dövlət Su Ehtiyatları Agentliyi – CyberSee

Builki “kibermüharibə” yarışında ölkə təcrübəsini öyrənmək və yarışda iştirak üçün 5 xarici ölkə komandasının da iştirakı təsdiqlənib:

 1.⁠ ⁠Birləşmiş Ərəb Əmirlikləri

 2.⁠ ⁠Özbəkistan

 3.⁠ ⁠Moldova

 4.⁠ ⁠Qırğızıstan

 5.⁠ ⁠Tacikistan

Final mərhələsində iştirak edəcək 25 komanda öz gücünü oktyabrın 9-10-da fiziki məkanda – Bakı Konqres Mərkəzində “kibermüharibə” şəraitində sınayacaq.