Milli Məclisdə “Böyük Qayıdış”a dair dinləmələr keçiriləcək

17 Sentyabr 2025 09:41 (UTC+04:00)

Milli Məclisdə “Böyük Qayıdış”la bağlı Azərbaycanın yeganə təcrübəsi” mövzusunda beynəlxalq İnsan hüquqları və hüquq-müdafiə təşkilatların iştirakı ilə müzakirə təşkil ediləcək. SİA-nın xəbərinə görə, bu, parlamentin İnsan hüquqları komitəsinin 2025-ci il payız sessiyası üçün İş planında əksini tapıb.

İş planına sessiya müddətində işğaldan azad edilmiş ərazilərlə bağlı “Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsi ətrafında dinləmələrin keçirilməsi də daxil edilib.